Tamara Mustafayeva, Banco.az
İtaliyanın moda brendi Moschino çörək dizaynlı çanta satışa çıxarıb. Qiyməti 1000 dollar olan bu çanta Twitter platformasında tezliklə viral olub.
Söhbət moda və dəbdən gedirsə, heç bir sərhəd olmadığını Moschino şirkətinin timsalında bir daha gördük. Belə ki, bir müddət əvvəl çılçıraq və zibil torbası formasında dizayn edilən şlyapa modelləri ilə gündəmə gələn tanınmış geyim və aksesuar brendi indi də "fransız baget çörəyi" dizaynlı çantasını satışa çıxarıb.
Dizayner pərakəndə satış saytında məhsul haqqında aşağıdakıları qeyd edib:
"Sena çayının sahilində və ya hər hansı bir supermarketdə axşam yeməyi üçün ən yaxşı şərabı və ya bəlkə də əsl çörəyi seçərkən bu baget çanta sizinlə olsun."
Təbii ki, sözügedən çantanın satışa çıxarılmasından sonra Twitter platformasında çantanın dizaynı və qiyməti ilə bağlı zarafatyana tvitlər atılıb və beləliklə də şirkət tezliklə viral olub.
Həmçinin oxu: Bu tanınmış marka 2020-ci ildə təxirə salınan planlarımızı ölümsüzləşdirir
Bizi sosial şəbəkələrdən izləyin!!