Korona virusu səbəbilə qlobal markaların Çin bazarı ilə bağlı müəyyən tədbirlər gördüyünü ötən məqalələrimizdə sizə bildirmişdik.
Həmçinin oxu: Daha bir şirkət Çindəki mağazalarını bağlayır
Türk Hava Yolları şirkəti də məsələ ilə bağlı açıqlama edərək Çinin bəzi bölgələrinə təşkil edilən təyyarə səfərlərini dayandırdığını elan edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, hava yolu şirkəti Pekin, Quançjou, Şanxay və Xian şəhərlərinə olan uçuşları 9 fevral tarixinədək dayandırıb.
Şirkətin sözçüsü Yəhya Üstün twitter hesabından aşağıdakı açıqlamanı paylaşıb:
“Korona virusu ilə bağlı cari vəziyyəti yerli və beynəlxalq miqyasda dəyərləndirmək üçün Pekin, Quançjou, Şanxay və Xian şəhərlərinə təşkil ediləcək səfərləri 9 fevral tarixinədək dayandırırıq. Son xəbərləri sizə bildirməyə davam edəcəyik.”
Həmçinin oxu: Korona virusu Apple şirkətinin iPhone istehsalı ilə bağlı planlarını korlaya bilər
Tamara Mustafayeva, Banco.az