Müəllif: Gülnar Əhmədli, Banco.az
İndiki vaxtda şirkətləri yalnız məhsul və ya xidmət aldığımız strukturlar kimi müəyyən etmək düzgün olmazdı. Çünki müasir dövrdə şirkətlər insan həyatının mühüm elementinə çevirib. İnkar etmək olmaz ki, bəzi şirkətlərin istehsal etdikləri məhsullar və ya həmin şirkətlərin təklif etdiyi xidmətlər hansısa formada həyatımızda mühüm yer qazanıb. Üstəlik, bəzi şirkətlər həyatımızda düşündüyünüzdən çox uzun müddətdir mövcuddur. Çünki həmin şirkətlər yüz illər əvvəl fəaliyyətə başlayıblar və bu gün də varlıqlarını davam etdirirlər. HBu şirkətlər hansılardır?
Bu gün də fəaliyyətlərini davam etdirən dünyanın ən qədim 10 şirkəti:
1. Kongo Gumi
Baş ofisi Yaponiyanın Osaka şəhərində yerləşən "Kongo Gumi" fəaliyyətini fasiləsiz davam etdirən dünyanın ən qədim şirkətidir. Şirkətin yaranma tarixi 578-ci ildir. "Kongo Gumi" min ildən çoxdur ki, mövcuddur. Uzun müddət əvvəl Şahzadə Şotokunun bir buddist məbədini tikdirməyi qərar verdiyi zaman qurulan bu tikinti şirkəti o vaxtdan bəri möhtəşəm tikililər inşa etməyə davam edir.
2. Nishiyama Onsen Keiunkan
Ənənələrinə sadiqliyi ilə tanınan insanların ölkəsi olan Yaponiyanın dünyanın ən qədim şirkətləri siyahısında birdən çox bizneslə təmsil olunması təəccüblü deyil. Dünyanın ən qədim tikinti şirkətinin yerləşdiyi bölgədə dünyanın ən qədim hotelinin yaranması da təbiidir.
Bir çox mənbələrdə dünyanın ikinci ən köhnə şirkəti olaraq qeyd edilən "Nishiyama Onsen Keiunkan" dünyanın ən qədim hoteli ünvanına da sahibdir. Bu spa hotelinin mənşəyi eramızın 705-ci ilinə aiddir. Min ildən artıqdır ki, eyni ailənin davamçıları tərəfindən idarə olunan hotel bu gün də dünyanın hər yerindən qonaqları qəbul etməyə davam edir.
3. Koman
Dünyanın üçüncü ən qədim müəssisəsi olan "Koman" Yaponiyada fəaliyyətini davam etdirir. Bu qədim ənənəvi yapon hoteli eramızın 707-ci ildə Qonnokami Hiuke tərəfindən təsis edilmişdir.
4. Hoshi Ryokan
Dünyanın ən qədim şirkətləri siyahısında olan strukturların əksəriyyəti Yaponiyada yaradılıb. Bu hotel də həmin binalardan biridir. 718-ci ildə əsası qoyulan bu tarixi hotel 46 nəsildir ki, eyni ailə tərəfindən idarə olunur. "Hoshi Ryokan" dünyanın dördüncü ən qədim şirkəti və üçüncü ən qədim hotelidir.
5. Genda Shigyo
771-ci ildə fəaliyyətə başlayan "Genda Shigyo" yüz illərdir ehtiyacı olan insanları kağızla təmin edir. Şirkət öz qərargahını 794-cü ildə Yaponiyanın paytaxtı Kyoto şəhərinə köçürüb və bu gün də eyni mərkəzdən idarə olunur. Şirkət toy və yas mərasimləri kimi xüsusi hallarda istifadə olunan "mizuhiki" adlı kağızlar hazırlayır.
6. St.Peter Stiftkskulinarium
Yaponiya ən qədim şirkətlərə gəldikdə xüsusi mövqe tutur. Amma dünyanın müxtəlif ölkələrində də mənşəyi yüz illər əvvələ gedib çıxan bizneslər var. Məsələn, dünyanın altıncı ən qədim şirkəti olan "St. Peter Stiftskulinarium" Avstriyanın Zalsburq şəhərində yaradılıb. Bu gün də eyni nöqtədə müştərilərini qəbul etməyə davam edir. Bu şirkət həm də Avropanın ən qədim şirkəti tituluna malikdir. 803-cü ildə "St. Peter Archabbey" adlı bir monastırın divarları arasında qurulan bu restoran tarix boyu saysız-hesabsız insana yeməklər təqdim edib. Restoranda nahar edənlər arasında Xristofer Kolumb və Motsart da olub.
7. Staffelter Hof
Almaniyanın ən qədim şirkəti olan "Staffelter Hof" dünyanın ən qədim tanınmış şərab zavodudur. Almaniyanın Kröv qəsəbəsində fəaliyyətini davam etdirən şirkətin yaranma tarixi 862-ci ildir.
8. Tanaka-Iga
Bu gün də fəaliyyətini davam etdirən "Tanaka-Iga" həm dünyanın, həm də Yaponiyanın ən qədim şirkətlərindən biridir. O, məbədlər və ya evlər üçün heykəllər və müxtəlif dini məhsullar istehsal edir. Şirkət 800-cü illərin sonlarında yaradılıb.
9. Sean's Bar
900-cü ildə qapılarını açan "Sean's Bar" İrlandiyanın və bütün Avropanın ən qədim pabıdır.
10. Bingley Arms
İngiltərədəki "Bingley Arms" pabı köhnə qitənin ən köklü bizneslərindən biridir. 1953-cü ildə ilk müştərisini qəbul edən müəssisə İngiltərənin Bardsey bölgəsində fəaliyyətini davam etdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!