Tamara Mustafayeva, Banco.az
İtaliyanın məşhur geyim brendi "Diesel" Covid-19 və digər viruslardan qoruyacağını iddia etdiyi yeni növ parçadan hazırlanmış cins modellərini bazara çıxarmağa hazırlaşır.
Geyim brendi parçalara ViralOff texnologiyasını tətbiq etmək üçün İsveçin kimya firması Polygiene ilə əməkdaşlığa başlayıb.
Paltarların bədən qoxusuna qalib gəlməsinə səbəb olan və "poliallergiya" adlanan kimyəvi müalicə üsulu ilk dəfə 2000-ci illərin əvvəllərində SARS virusu zamanı antiviral texnologiyanın yaradılmasında mühüm rol oynamışdı. Paltar istehsalının yekun mərhələsində istifadə edilən bu maddə virusdakı əsas proteinlərlə reaksiyaya girərək onun parça liflərinə yapışmasına mane olur.
Diesel şirkəti bu kimyəvi müalicə üsulunu hazırda satışa çıxarılmayan geyim məhsullarında istifadə etsə də, yaxın zamanda daha çox məhsulda istifadə ediləcəyi planlaşdırılır.
Həmçinin oxu: İş müsahibəsinə gedərkən necə geyinmək lazımdır?
Bizi sosial şəbəkələrdən izləyin!!!