Britaniya iqtisadiyyatı artım göstərməyib | Banco.az

Britaniya iqtisadiyyatı artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya iqtisadiyyatı aprel ayında artım göstərməyib.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı aprel ayı üzrə aparıcı artım məlumatlarına görə, aprel ayında ölkə iqtisadiyyatının arım tempi stabil qalıb.

Məlumatlar göstərir ki, sözügedən dövrdə xidmət sektoru 0,2 faiz artıb, istehsal və tikinti sektorları isə müvafiq olaraq 0,9 faiz və 1,4 faiz azalıb.

Britaniya iqtisadiyyatı fevral-aprel aylarını əhatə edən üç aylıq dövrdə rüblük müqayisədə 0,7 faiz artıb. Bu dövrdə xidmət sektoru 0,9 faiz, emal sənayesi 0,7 faiz artdığı halda, tikinti sektoru 2,2 faiz azalıb.

Britaniyanın ən qədim müstəqil iqtisadi tədqiqat institutu olan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun (NIESR) iqtisadçı müavini Heyli Lou bildirib ki, zəif artım göstəriciləri Böyük Britaniya iqtisadiyyatının bərpa yolunda kövrək olaraq qaldığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et