"Brand Credit"in Müşahidə Şurasının sədri işdən çıxıb | Banco.az

"Brand Credit"in Müşahidə Şurasının sədri işdən çıxıb

"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri Niyazi Şaiq oğlu Vəliyev işdən çıxıb. 

Bu barədə "Report"a BOKT-dan bildirilib. 

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, N.Vəliyev vaxtilə, hazırda ləğvetmə prosesində olan "Dekabank" ASC-nin İdarə Heyətinin sədri olub. O, həm də "Brand Credit"in 47%-lik təsisçisidir. 2011-ci ildə yaradılmış və nizamnamə kapitalı 900 min manat olan BOKT-un digər təsisçiləri yenə də 47%-lik payla Şaiq Vəli oğlu Vəliyev və 6%-lik payla Şəbnəm Rafiq qızı Vəliyevadır.