Böyük liderlərin 10 ünsiyyət sirri nələrdir? | Banco.az

Böyük liderlərin 10 ünsiyyət sirri nələrdir?

Böyük liderlər hər danışıqlarında insanlarla emosional olaraq bir əlaqə qururlar.  Onların sözləri insanlara düşündüklərindən daha çoxunu bacarma ilhamı verir.

Uğurlu ünsiyyət quranlar bunu şüurlu şəkildə edirlər və güclü bir mesaj vermək üçün 10 sirrə güvənirlər. Ünsiyyət qurarkən bu sirləri tətbiq edin və təsirinizin necə artacağını özünüz görün.

1. Dinləyicilərini tanıyırlar.

Uğurlu ünsiyyət quran rəhbərlər vacib bir şey söyləmək, təcrübələrini göstərmək və ya öz eqolarını şişirtmək kimi şeylərə əhəmiyyət vermirlər. Bunun əvəzinə, insanların eşitmək istədikləri ilə maraqlanır və mesajlarını insanların eşidəcəyi şəkildə çatdırırlar. Bu, liderlərin insanlara eşitmək istədiklərini söylədiyi mənasına gəlməz. Tam əksinə – insanlara pis xəbər olsa belə, nəyi bilmələrinin vacib olduğunu izah edirlər.

2. Onlar bədən dilindən istifadə mütəxəssisdirlər.

Onlar insanların verdikləri mesaja reaksiyalarını daim izləyərlər. İnsanların üz ifadələrini və bədən dilini oxuyan mütəxəssislərdir. Uğurlu ünsiyyətə sahib bu insanlar təcrübədən mesajlarını çatdırmaq və ehtiyac olduqda mesajlarını tənzimləmək üçün istifadə edirlər.

 3. Onlar dürüstdürlər.

Ən yaxşı liderlər ünsiyyətin təsirli olması üçün deyilənlərin gerçək olmalı olduğunu bilirlər. İnsanların deyilən sözlər içərisində həqiqəti axtarmağa çalışmalarını istəməzlər. Bəzi məlumatları bölüşməməli olsalar da, açıqca söyləyirlər, çünki yarımçıq və üstü örtülü cavablar inamsızlığa və şübhəyə səbəb olur. Yaxşı və pis vaxtlarda dürüstlük bərabərində güvən gətirir.

4. Sərbəstdirlər.

Uğurlu ünsiyyət quran sahibkarlar səhnəyə çıxdıqları zaman olmadıqları insan kimi davranmazlar. Mark Zuckerberg-in Facebook-la bağlı investorlara təqdimat edərkən cins şalvar və sadə köynəkdə olmasının bir səbəbi vardır. Böyük liderlər həqiqətdə kim olduqlarını göstərməklə insanları cəlb edəcəklərini bilirlər. Eyni zamanda rol edərlərsə bunun əksinin baş verəcəyini də bilirlər.

5. Onlar cəsarətlə danışarlar.

Böyük ünsiyyət sahibi insanlar qeyri-müəyyən, ləkəli və ya etibarsız hərəkət edərək özlərini qorumağa çalışmazlar. Bunun əvəzinə cəsarətlə hərəkət edirlər və birbaşa hər şeyin necə olduğunu və necə olmalı olduğunu izah edirlər.

 6. Onlar qruplara sanki ayrı fərd imiş kimi səslənərlər.

Liderlər nadir hallarda tək bir adamla danışmaq imkanı əldə edirlər. Konfrans masasının ətrafında və ya dolu bir otaqda toplaşan insanlarla söhbət etsələr də, böyük liderlər həmişə ətrafı necə idarə edəcəklərini bilirlər və hər bir insana sanki özü ilə təkbətək danışırmış kimi hiss etdirirlər.

Ən sərfəli kredit üçün müraciət et

 7. Onlar dinləməyi bilirlər (və bunu yaxşı bacarırlar).

Böyük liderlər ünsiyyətin iki tərəfli bir yol olduğunu bilirlər və eşitdikləri sözlər dediklərindən daha çox əhəmiyyətlidir.  Başqası danışarkən, nə söyləyəcəyləri barədə düşünmürlər. Bunun əvəzinə, fəal dinləyirlər və başqasının perspektivini başa düşməyə diqqət edirlər.

 8. Onlar “mənim günahım”, “səhv etdim” və “bağışlayın” kimi ifadələrdən istifadə edərlər.

Böyük liderlər səhv etdikdə dərhal etiraf edərlər. Başqalarının səhvlərini tapıb ortaya çıxartmasını gözləməzlər. Səhvdən “zərərsiz şəkildə” çıxa biləcəkləri halda, sözləri və hərəkətləri ilə etibarlı olduqlarını göstərirlər.  Bunu edərkən dram və ya yalançı təvazökarlıq etməzlər.

9. Əlaqə qurmaq istəyərlər.

Ən yaxşı ünsiyyətcillər heç vaxt mesajlarının istədikləri şəkildə çatdığını güman etməzlər.  Mesajlarının düzgün başa düşülüb-düşülmədiyini yoxlayır və düzgün başa düşülmədiyi təqdirdə dinləyicini günahlandırmırlar. Bunun əvəzinə diskussiyanı dəyişib yenidən cəhd edirlər.

10. Onlar fəaldırlar.

Ən yaxşı ünsiyyət bacarığı olan liderlər insanları söyləyəcəklərinə alışdırmaq üçün vaxt itirməzlər. Müvafiq vaxtda pis xəbərlər paylaşaraq, dedi-qoduların qarşısını alarlar.  Eyni zamanda, aydın və başa düşülən məqsədlər və üsullar qoyaraq, insanların səhv yola gedərək vaxt itirmələrinin qarşısını alarlar.

 Hamısını bir yerə yığsaq;

Uğurlu ünsiyyət quran insanlar kütlə içərisində fərqlənərlər. Dürüstdürlər.  Sərbəstdirlər. Dinləyərlər. Ünsiyyət qurmada mütəxəssis olmaqlarının səbəbi buna dəyər vermələrindədir və böyük lider olmaq üçün bu ilk vacib addımdır.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram