Boykot Facebook şirkətinə nə qədər maddi zərər verdi? | Banco.az

Boykot Facebook şirkətinə nə qədər maddi zərər verdi?

Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Trampın yayımladığı bir post-dan sonra başlayan Facebook şirkətinə qarşı reklam boykotu hər ötən gün böyüyür. Ancaq şirkətin təsisçisi və CEO-su Mark Zuckerberg boykota qatılan reklam verənlərin yaxın günlərdə geri çəkiləcəyini iddia edir. Bəs bu vəziyyət şirkətə maddi baxımdan necə təsir göstərəcək? Qazancının 98%-n reklam gəlirlərindən əldə edən şirkətin maddi itkisinin böyüklüyü hansı səviyyədə olacaq?

Sosial media nəhəngi Facebook şirkəti bir neçə il əvvəl baş verən şəxsi məlumatların yayılması qalmaqalından sonra tarixinin ən çətin dövrlərindən birini yaşayır. 

Daha əvvəl də xəbər verdiyimiz kimi, Starbucks, Pepsi, Coca-Cola və Verizon kimi markaların da daxil olduğu onlarla şirkət ötən günlərdə ABŞ prezidenti Donald Trampın zorakılıq məzmunu daşıyan post-nu silməyən Facebook platformasında reklam yerləşdirməyi dayandırmağa qərar vermişdi. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin CEO-su Mark Zuckerberg boykota rəğmən geri addım atmağa hazırlaşmır. Eyni xəbərdə qeyd edilir ki, o, işçilərinə müraciət edərək bildirib ki, reklam verənlər yaxın günlərdə boykotu dayandıracaqlar.

Şirkətin menecerlərinin reklam verənlərlə görüşdüyü və Zuckerbergin də yaxın günlərdə boykota qatılan firmaların aparıcı simaları ilə görüşməyi planlaşdırdığı söylənilir.

400 firma reklam yerləşdirməyi dayandırdı

Son günlərdə Mars, Target, Ford, Adidas, Coca-Cola, Unilever və Starbucks kimi markaların da daxil olduğu cəmi 400 firma Facebook platformasında reklam yerləşdirməyi dayandırıb.

CNN telekanalında yayımlanan xəbərə görə, Walmart, American Express və Home Depot kimi markaların da aralarında olduğu şirkətə ən çox reklam verən 100 firmanın əksəriyyəti boykota qoşulmayıb. Şirkətin ən böyük reklam gəliri əldə etdiyi 25 şirkətdən isə təkcə 3-ü (Microsoft, Starbucks ve Pfizer) bu boykota qoşulub. 

Ən sərfəli kredit üçün müraciət et

Bəs reklam boykotu şirkətə maddi baxımdan necə təsir göstərəcək? 

Qeyd edək ki, şirkət 2019-cu ildə ümumi qazancının 98%-ni, yəni 69.7 milyard dolları reklam gəlirlərindən əldə etmişdi. 

Zuckerbergin şəxsi sərvəti 7.2 milyard dollar azaldı

Yaşanılan bu hadisələrdən sonra Facebook şirkətinin bazar dəyəri ötən həftə 56 milyard dollar azalmış, Zuckerbergin şəxsi sərvəti isə 7.2 milyard dollar azalaraq 82.9 milyard dollara geriləmişdi.

Həmçinin oxu: Boykot Facebook şirkətinin sonunu gətirə bilərmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram