"Bolkart"ın hansı üstünlükləri var? – Araşdırma | Banco.az

"Bolkart"ın hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə fevralın 14-də 30 yaşını qeyd edən “Bank of Baku”nun “Bolkart” debet kartı barədə məlumat hazırlamışıq.

Kart haqqında ümumi məlumat

Bankın təqdim etdiyi bu məhsulun 3 növü var: “Bolkart debet”, “Bolkart Gold” debet və “Bolkart Diamond” debet. “Bolkart” debet kartının istifadə müddəti 3 ildir. Kart 3 valyutada (AZN, USD, EUR) təqdim edilir.

Hər müştəriyə yalnız bir ədəd “Bolkart” debet kartı pulsuz təqdim edilir. Növbəti aktiv debet kartların əldə edilməsi zamanı hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart debet kartını 18 AZN əvəzinə yenidən pulsuz əldə etmək mümkündür.

“Bolkart” debet kart istifadəçiləri kart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Kart hesabındakı qalıq məbləğ 2 000 AZN-dən çox olduqda, 2 000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2 000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanır. Onu da qeyd edək ki, bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. 

Mədaxil, nağdlaşdırma və “SMS Bankçılıq” sistemi

Vəsait karta nağd üsul ilə “Bank of Baku” filiallarında və ya “Bank of Baku”ya məxsus ödəniş terminallarından mədaxil edildikə heç bir komissiya tutulmur.

Vəsait AZN valyutalı kartlara “Milli Ön”, “mPay”, “Expresspay” ödəmə terminalları ilə mədaxil edildikdə gün ərzində toplam 200 AZN-dək heç bir komissiya tutulmur, 200 AZN-dən çox mədaxil edildikdə, 200 AZN-dən artıq hissəyə 0.5% (min.1 AZN) komissiya tutulur. Bu şərtlər “Bank of Baku”nun emissiya etdiyi debet kartlara digər ödəmə terminalları, veb sayt və mobil tətbiqlər vasitəsilə mədaxil funksiyasının tətbiqi istiqamətində yaranacaq əməkdaşlıq münasibətlərinə də aiddir. Dollar və avro valyutalı kartlara vəsait yalnız “Bank of Baku”nun filiallarında mədaxil edilə bilər.

Karta mədaxil gündəlik 6 000 AZN, aylıq 20 000 AZN-dir. “Bank of Baku” ATM-lərində nağdlaşdırma edən zaman debet kartlar üzrə komissiya hesablanmır. Ölkədaxili yerli və xarici bankların ATM-lərdə və POS terminallarda nağdlaşdırma zamanı 1.5% komissiya tətbiq edilir.

Kartdan birdəfəyə 1 000, gün ərzində 15 000 AZN nağdlaşdırma etmək mümkündür.

Kartdan karta köçürmə komissiyasızdır. Birdəfəyə 5 000 AZN, gün ərzində 25 000 AZN köçürmə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

“SMS Bankçılıq” sisteminə qoşulma və dəstəklənmə “Bolkart Diamond” debet kartında pulsuz, digərlərində isə 5 AZN-dir.

Kəşbekin hesablanması

Dövriyyə tələbi olmadan AZN valyutalı “Bolkart” debet kartları üzrə 3% keşbek əldə edə bilərsiniz. Bank hazırda “Azpetrol” YDM-lərində, “Trendyol” onlayn alışveriş platformasında, “Bravo” marketlər şəbəkəsində və “Wolt” tətbiqində 7% keşbek qazanmaq imkanı verir.

Bank tərəfindən aptek, geyim, gülçülük, kosmetika, market, əyləncə, restoran, tibb, YDM kateqoriyası üzrə aylıq 30 manat, təhsil, turizm, mebel, hotel, elektronika kimi kateqoriyalar üçün isə aylıq 100 manat limit təyin edilib (1 martdan etibarən). Tam siyahı ilə tanış olmaq üçün keçid edin: Kəşbek 

Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər.

Keşbek məbləğlərinin müştəriyə qaytarılma prosesi bankxarici tərəfdaşların müvafiq silinmə əməliyyatlarını yerinə yetirmə müddətindən asılı olaraq “dərhal” baş verir. Müştəri bonus hesabında toplanılan keşbeki istənilən vaxt istənilən kart hesabına köçürmə edərək istifadə edə bilər. 

ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır. Eyni zamanda, “DostBank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə keşbek hesablanmır.

“Bank of Baku”nun digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: Bank of Baku

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram