"BOA Agency" yeni vakansiya elan edir! | Banco.az

"BOA Agency" yeni vakansiya elan edir!

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə "BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • İcra işləri üzrə Müdir (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi)
  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
  • Öz bacarıqları daxilində PKİ Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq.
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizə və vəsatətlərin  aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
  • PKİD-nin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
  • Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması
  • Şöbənin işçilərinə nəzarət 

Vakant vəzifə üzrə tələblər:

  • Ali hüquqi təhsili olan müvafiq iş sahəsində 5 ildən artıq iş təcrübəsi olmalı
  • AR Mülkü məcəlləsini bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
  • Kollektivdə işləmə qabiliyyəti olmalı
  • Müqavilələrlə işləmə bacarığı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
  • Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)

Sizə nə təklif edirik?

Ən sərfəli kredit üçün müraciət et

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı – 1000-1500 AZN (+bonus)
  • Əmək müqaviləsi.
  • - İş qrafiki-tam
  • - İstirahət günü-həftədə 2 gün
  • - İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram