Tamara Mustafayeva, Banco.az
Ötən həftə baş verən sürətli dəyər itkisindən sonra bu həftə qismən bahalaşan bitkoin həftənin sonuncu iş gününə 2021-ci ilin ortalama göstəricisinə yaxın başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 0,75% dəyər qazanmaqla hazırda 48 min 183 dollara ticarət edilir.
İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə ötən sutka ərzində 0,58% dəyər itkisi ilə 4 min 114 dollara enib.
Qeyd edək ki, 2021-ci ilə 28 min dollar səviyyələrində başlayan bitkoin noyabr ayında 69 min dollara qədər bahalaşmaqla tarixi rekorda imza atmış, daha sonra mərhələli olaraq ucuzlaşmağa başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!