Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
Bitcoinin qiyməti bu gün 1,59% azalaraq 3 min 646 dollara enib.
Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.
Ethereumun dəyəri 5,23% azalaraq 122 dollar, Bitcoin Cash də 2,79% azalaraq 129 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 17-i bahalaşıb, qalan 83-ü isə ucuzlaşıb.
Bahalaşan 17-i coindən 5-in artım faizi heç 1%-i belə keçməyib, yalnız 4 coin 10%-dən çox artıma malik olub. 17 coin arasında ən çox bahalaşan coin “Stratis” (18,04%) olub. “Stratis”in qiyməti isə sadecə 1,14 dollardır.
Ucuzlaşan 83 coindən 7 coin 1% dən çox ucuzlaşmayıb. Qalan coinlər 1-10% arasında dəyər itiriblər.Ən çox ucuzlaşan coin isə “REPO” (-10,82%) olub. “REPO”un qiyməti 0,54 dollardır.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 121 263 254 053 dollardır.
Fed.az