Bitcoin ünvanı və açarlar | Banco.az

Bitcoin ünvanı və açarlar

Bitcoin-də pul köçürmələri əslində bir çox kriptoqrafik alqoritmləri ehtiva edir və həqiqətən çox mürəkkəb əməliyyatlardır. Lakin, bu əməliyyatların əksəriyyəti istifadəçiyə göstərilmədən, arxa planda avtomatik reallaşdırılır.

Həmin əməliyyatların ən əhəmiyyətlilərindən biri də Bitcoin-də istifadə edilən açıq / gizli əsas alqoritmlər və rəqəmsal imza alqoritmləridir. Bu alqoritmlər göndərənin şəxsiyyətini və edilən əməliyyatın yerinə yetirilib yetirilmədiyini təyin etmək üçündür. Bəs, onlar necə işləyir?

Qeyd: Burada təsvir edəcəyimiz alqoritmlər yalnız Bitcoin-də deyil, demək olar ki, bütün kriptovalyutalarda və hətta internetdə istifadə olunan digər protokollarda da istifadə olunur.

Bitcoin ünvanları və açarları necə istehsal olunur?

Bitcoin ilə pul köçürmək üçün Bitcoin ünvanımız gərəkdir. Bu bitcoin ünvanını yaratmaq üçün elektron pulqabımız xüsusilə gizli açarlar yaradır. Gizli açarlar hər şey ola bilər, onun təsadüfi bir şəkildə proqnozlaşdırıla bilməməsi üçündür.

Elektron pulqabı gizli açarı istifadə edərək əvvəlcə açıq açarı, sonra isə açıq açarı istifadə edərək Bitcoin adresini yaradır. Gizli açardan açıq açar yaratmaq əməliyyatı Elliptik Əyri Kriptoqrafiyası (Elliptic Curve Cryptography) istifadə edilərək reallaşdırılır. Açıq açardan Bitcoin ünvanı yaratmaq əməliyyatı alnız sadə bir sıxılma əməliyyatıdır.

İstifadə olunan alqoritm sayəsində gizli açardan açıq açar yaratmaq asandır, ancaq açıq açardan gizli açar yaratmaq riyazi olaraq mümkün olmayan problemləri həll etməyə bağlıdır. Buna görə mümkün deyil.

Əməliyyatlarda necə istifadə olunur?

Açıq açarı hamı bilir, gizli açarsa tamamilə şəxsidir və əməliyyatın bizə aid olduğunu göstərən yeganə detaldır. Buna görə, bir əməliyyatın bizim tərəfimizdən reallaşdığını sübut etmək üçün gizli açarlardan istifadə edirik. Əgər gizli açarımızı əməliyyat blokuna əlavə etsək, blok zənciri texnologiyasının təbiəti olan gizli açarımızı hamı görəcək.

Bəs, yalnız bizə aid olan gizli açarı alıcıya göndərmədən gizli açarın bizdə olduğunu neə sübut edə bilərik? Bu mərhələdə Rəqəmsal İmza (Digital Signature) konsepsiyası ortaya çıxır.

Rəqəmsal imza göndərənin şəxsiyyətinin təsdiq edilməsini təmin edir. Göndərən gizli açarla əməliyyatı imzalayır və göndərənin açıq açarı və ya Bitcoin ünvanı olan hər kəs imzanın göndərənə aid olub olmadığını təyin edə bilər. Gizli açar başqa heç kimdə olmadığı üçün imzanın iddia edilən adam tərəfindən çıxarıldığına əmin ola bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Hər əməliyyat üçün yeni Bitcoin adresi və ya açarlar istehsal etmək lazımdırmı?

Açıq / gizli açarlar elektron pulqabı ilə əlaqədar hər bir əməliyyata aiddir. Pulqabı bütün gizli açarları bir faylda saxlayır. Hər bir gizli açar həmin açardan hazırlanan açıq açara göndərilən pulu xərcləməyə imkan yaradır. Açarları yaratmaq üçün onlayn olmağa ehtiyac yoxdur. Bu şəkildə hesabda nə qədər pul olduğunu digər istifadəçilərdən gizləmək olar. Yalnız bir açıq açarı bilən kimsə o açara aid hesabın balansını izləyə bilər. Tövsiyə olunmasına baxmayaraq, belə bir çətinlik yoxdur və çoxumuz bunu etmirik. Yeganə istisna kağız pulqabılardır, hər əməliyyat üçün gizli açarı yenidən yaratmaq lazım olduğu üçün tək bir açıq / gizli açar cütü istifadə etməyimizə ehtiyac yaranar.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az