Ötən həftə mənfur niyyətli bir mədənçi Bitcoin Gold (BTG) şəbəkəsinə ikiqat xərcləmə hücumu edib. BTG həftə ərzində şəbəkə hücumlarına məruz qalan 3-cü altcoin olub.
Bitcoin Gold-un mətbuat katibi Edvard İskra mayın 18-də istifadəçilərə hücum ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. İskra pis niyyətli mədənçinin kriptovalyuta birjası hesablarındakı pulları ələ keçirə biləcəyini açıqladı. Həmin mədənçi mədənçilik şəbəkəsinin 51%-ni ələ keçirdi. Beləliklə, Blockchain-i idarə edə bildi. BTG kimi kiçik bir şəbəkəni ələ keçirmək çox bahalı olsa belə, ikiqat xərcləmə hücumu ilə yüksək həcmli mənfəət qazanmaq mümkündür.
Mədənçi şəbəkəyə nəzarəti ələ keçirdikdən sonra kriptovalyuta birjası hesablarına BTG köçürdü və eyni zamanda həmin tokenləri öz cüzdanlarına göndərmək əməliyyatı reallaşdırdı. Normalda Blockchain belə bir durumda yalnız ilk əməliyyatı həyata keçirir. Ancaq mədənçi şəbəkənin əksəriyyətinə sahib olduğu üçün əməliyyatları geri qaytara bilirdi.
Daha sonra bir BTG ünvanı mayın 16-dan bəri 388200 BTG-dən çox token aldı. Bu tokenlərin hücumdan sonra ələ keçirildiyini fərz etsək, mədənçilərin birjalardan 18.6 milyon dollar oğurladığını söyləmək olar. Son əməliyyat mayın 18-də edildi. Amma hücum davamlı ola bilər.
Blockchain məlumatlarına görə, hücumu reallaşdıran şəxs 22 blok geri ala bilər. BTG tərtibatçıları birja tərəfindən təsdiq olunması lazım olan blok sayının 50-yə qədər artırılmasını məsləhət görürlər.
Ötən həftədən bəri BTG hücuma məruz qalan 3-cü altcoin oldu. Bir mədənçi Verge-nin alqoritmindən sui-istifadə edərək bir neçə saatda 35 milyon XVG, yəni, təxminən 1,75 milyon dollar ələ keçirdi. Digər bir mədənçinin şəbəkənin 57%-ni ələ keçirməsi ilə Monacoin blokları zərbə aldı.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.