Deyirlər ki, qarşılıqsız yaxşılıq yoluxucudur. Bir insana kömək etmək və ya kiminsə üzünü güldürmək mənəviyyatın təbii dərmanıdır.
Bəs sizcə necə?
Bu suala cavab tapacaq real olan maraqlı hekayəni təqdim edirik:
Sant Peterburqda yerləşən bir Starbucks şöbəsində səhər saat 07:00-da bir qadın sıradakı şəxsin qəhvəsinin pulunu özünün ödəmək istədiyini bildirib.
Nəticədə heç tanımadığı bir adama qəhvə alan qadın fərqində belə olmadan yaxşılıq zəncirinin başlamasına səbəb olur.
Ödəməni etmək üçün kassaya gələn şəxsdən kassir soruşur:
“Qəhvənizin pulu bir öncəki müştəri tərəfindən ödənilib. Siz də bu yaxşılığı davam etdirmək istərdinizmi?”
Qəhvəsinin pulu ödənən şəxs də buna razı olaraq davam etdirmək istədiyini söyləyərək arxasındakı insanın qəhvəsinin pulunu ödəyib. Həmin şəxs də bu ənənəni davam etdirir. Beləliklə, saat 13:30-da 260 müştəri bir-birinin qəhvəsinin pulunu ödəmiş olur. Qəhvəni verən barista isə hər kəsə eyni sualı soruşmağa davam edir.
Bu barədə isə müştərilər arasında sorğu keçirilib. İnsanlar qəhvələrinin pulunun ödəndiyini eşitdikləri zaman məmnun olduqlarını, həmçinin tanımadıqları bir adama da bu incəliyi etməyin özlərinə çox xoş təsir bağışladığını bildiriblər.
Saat 18:00-da gələn və sadə qəhvə sifariş edən bir müştəri isə bu zənciri pozur.
Belə ki, barista hər kəsə soruşduğu sualı şəxsə yönəltsə də, aldığı cavab eyni olmur. Həmin şəxs “sadəcə öz qəhvəmin pulunu ödəmək istəyirəm, başqasının qəhvəsinin pulunu ödəmərəm” deyərək gün ərzində yaradılan adəti pozmuş olur və həmin müştəri restorana daxil olan 379-cu adam idi.
Bütün bunlara baxmayaraq isə bir gün ərzində 378 insan bir-birlərinin günlərini gözəlləşdirmiş oldular. Deməli insan istəsə, özünün və ətrafındakı tanımadığı insanın belə əhvalını ən adi üsulla yüksəldə bilər.
Həmçinin oxu: İtaliyanın ilk “Starbucks”-ı göz qamaşdırdı
1lady.az