Bəzi banklar vətəndaşların maariflənməsini istəmir (VİDEO) | Banco.az

Bəzi banklar vətəndaşların maariflənməsini istəmir (VİDEO)

Azərbaycanda bəzi banklar vətəndaşları maliyyə xidmətləri barədə maarifləndirməkdə maraqlı deyillər. Bu isə nəticədə vətəndaşla bank arasında anlaşılmazlığa və istehlakçının aldanmasına gətirib çıxarır. Bunu Mərkəzi Bankın inkişaf departamentinin direktoru Asif Cahangirov bildirib. Onun sözlərinə görə, əhalinin maliyyə savadını artırmağa, bank xidmətləri haqqında məlumat almağa çox böyük marağı var. Məhz buna görə qurum təxminən bir ay əvvəl maliyyə savadlılığı ayına start verib. Bu tədbirlər çərçivəsində əsasən şagirdlərə təlimlər keçirilsə də, bütün vətəndaşlar üçün bir yenilik edilib. Kredit alarkən faizdə aldanmamaq üçün illik effektiv faiz dərəcəsi kalkulyatoru hazırlayıb.

Maraqlıdır ki, Mərkəzi Bankın maliyyə savadlılığı ilə bağlı təşəbbüsünə ölkədə fəaliyyət göstərən 43 bankdan cəmi 9-u qoşulub. Bu amil özü də onların istehlakçını maarifləndirməkdə maraqlı olmadığını göstərir. Amma müştərini aldatmaq niyyətində olmayan banklar da var. 

Ölkədə vətəndaşlar əsasən bankdan kredit götürərkən sonda təqdim edilən faizdən artıq ödəməkdən şikayətlənirlər. Mütəxəssislər məsləhət görürlər ki, insanlar kredit götürməzdən əvvəl onun faizi, aylıq ödənişlər, ümumi ödəniləcək vəsaitin məbləği barədə bankdan ətraflı məlumat alıb, daha sonra müqaviləyə qol çəksinlər. 

Ən sərfəli kredit üçün müraciət et

anspress