Beynəlxalq Enerji Agentliyi neftə tələbat proqnozunu yenidən azaldıb | Banco.az

Beynəlxalq Enerji Agentliyi neftə tələbat proqnozunu yenidən azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (BEA) 2024-cü il üzrə qlobal neft tələbatının artım proqnozunu bir daha azaltdığını açıqlayıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) aylıq hesabatında ABŞ, Avropa və Çindən gələn zəif iqtisadi məlumatlardan sonra 2024-cü ilə dair qlobal neft tələbi artımı proqnozunu aşağı salıb.

Agentlik öz hesabatında tələb artımı proqnozunun sutkada 100 min barel azalaraq 960 min barelə endirildiyini bildirib.

Qeyd edək ki, neftə tələbatın azalması və ehtiyat artımı “tədarük rahatlığı olan bazar”a işarə edir. Digər tərəfdən, quru ehtiyatları səkkiz aylıq azalmadan sonra apreldə 83,5 milyon barel artıb.

Ən sərfəli kredit üçün müraciət et

BEA həmçinin 2025-ci ildə qlobal neft istehlakının gündəlik 1 milyon barel artacağını proqnozlaşdırdığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et