Beynəlxalq nüfuzlu mükafat proqramı "Best Managed Companies" müsabiqəsi, özəl şirkətlərin davamlı inkişafını dəstəkləmək məqsədilə korporativ idarəetmə, insan resurslarının idarə olunması və maliyyə dayanıqlığı sahələrində dəyərli təcrübə qazandırır. Bu layihənin fərqli özəlliyi yalnız rəhbərin fəaliyyətinin deyil, şirkətin ümumi inkişafının qiymətləndirilməsidir.
Şirkətini yeni bir inkişaf mərhələsinə çatdırmaq istəyənlər indi qeydiyyatdan keçərək "Best Managed Companies" siyahısına daxil ola bilərlər. Müsabiqənin builki sponsorları "PAŞA Bank" və "Deloitte Private", tərəfdaşları isə Sahibkarlığın İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
2021-ci ildən etibarən bu müsabiqədə 40-a yaxın şirkət iştirak edib və 9 şirkət "Best Managed Companies Azerbaijan" titulu ilə təltif olunub. Qaliblər arasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Group, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement, SƏBA, iki dəfə qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç dəfə qalib olan METAK yer alır.
Daha ətraflı məlumat və qeydiyyat üçün keçid: Azərbaycanın Ən Yaxşı İdarə Edilən Şirkətləri (deloitte.com)