Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu kəskin artıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il bu ölkə Azərbaycana 318 milyon 967 min dollar birbaşa investisiya yatırıb.
Hesablamalarımıza görə, bu, 2022-ci illə müqayisədə 3,9 dəfə və ya 238 milyon 574 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ildə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 80 milyon 393 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!