Təcrübə proqramları tələbələr, eləcə də yeni iş həyatına başlayanlar üçün əla bir fürsətdir. Adətən təcrübə proqramları iyun ayından etirabrən başlasa da, hələ də aktiv təcrübə proqramları var. Bu məqalədə də hal-hazırda bankların aktiv təcrübə proqramları ilə tanış olacaqsınız.
ATB
Bankın “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına yeni məzun olanlar və magistr tələbələri müraciət edə bilər. Təcrübə proqramı 3 ay davam edəcək. Bu müddətdə təcrübəçilər bankın iş mühiti ilə tanış olaraq praktiki biliklərə yiyələnəcək. Proqramı uğurla başa vuran şəxslər bankın uyğun vakansiyaları üzrə namizədliyinə baxılması nəzərdə tutulub. Seçim zamanı bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil alan şəxslərə üstünlük veriləcək. Proqrama sentyabrın 15-dək müraciət edə bilərsiniz.
Müraciət etmək üçün - https://bit.ly/3JWKS1P
Naxçıvanbank
Bankın elan etdiyi “Könüllü Təcrübə Proqramı”na avqustun 31-dək müraciət edə bilərsiniz. Seçilən namizədlər yaşayış yerinə uyğun bankın müxtəlif filiallarında təcrübə keçəcək. Proqramının müddəti 15 gündür.
Müraciət etmək üçün - https://bit.ly/3phCjFu
Kapital Bank
Bankın Data Camp təcrübə proqramı isə data analitika sahəsinə marağı olan və bu sahəni öyrənən gənclər üçün nəzərdə tutulub. Namizədlərin bu sahə üzrə istifadə olunan proqramları (SQL, R, Python, SPSS, Tableau) bilməsi arzuolunandır. Təcrübəni uğurla bitirənlər bankda karyera qurmaq şansını əldə edəcək. Müraciətin son tarixi 20 avqustdur.
Müraciət etmək üçün - https://bit.ly/3QuXcsL
Bizi sosial şəbəkələrdən izləyin!!