Bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri artıb | Banco.az

Bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri artıb

Yanvar-sentyabr ayları ərzində bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,2% artıb.

 Bu göstərici 2013-cü ilin III rübünə 1 100,5 mln. manat, 2012-ci ilin III rübünə 826,2 mln. manat olub.

Faiz gəlirlərinin orta aktivlərə nisbəti III rübə 8,2% təşkil edib.

Faiz gəliri gətirən digər əməliyyatlardan (banklararası tələblər, investisiyalara və maliyyə lizinqi) əldə edilən gəlir 17,7% artıb və orta aktivlərə nisbətdə 0,7% təşkil edib.

Yanvar-sentyabr ayları ərzində bankların cəmi qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb və 310,9 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri əsasən hesabların aparılması üzrə xidmətlərdən tutulan komisyon, valyuta əməliyyatlarından gələn gəlir və digər komisyon haqlarının hesabına formalaşıb.

Bütövlükdə, bankların ümumi gəlirləri cari ilin yanvar-sentyabr aylarında (faiz və qeyri-faiz) ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% artıb.

Dövr ərzində faiz xərcləri 604,5 mln. manat təşkil edib. Bu əsasən müddətli depozitlər və digər banklardan alınmış kreditlər üzrə faiz xərclərindən ibarətdir.

Qeyri-faiz xərcləri yanvar-sentyabr aylarında 21,2% artıb və 524,8 mln. manat təşkil edib.

Bankların ümumi xərcləri isə (faiz və qeyri-faiz) 23,7 % (216,7 mln. manat) artaraq 1 129,3 mln. manat təşkil edib.

Bildirək ki, 2013-cü ilin III rübünə bankların əldə etdikləri mənfəət 263,9 mln. manat olub. Vergi ödənildikdən sonra xalis mənfəət isə 246,7 mln. manat təşkil edib.

Mənfəətlə işləyən bankların sayı 38, zərərlə işləyən bankların sayı 5 olub.

2013-cü ilin 3 rübündə kommersiya banklarının mənfəətinin artımı kredit aktivliyinin canlanması və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə izah olunur.

Ən sərfəli kredit üçün müraciət et

gun.az