Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin sentyabr ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 648 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 346 milyon manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,2% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği avqust ayının əvvəlinə 2 milyard 302 milyon manat, ötən ilin sentyabr ayının 1-də isə 2 milyard 279 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!