"Bank VTB Azərbaycan"ın kredit portfeli 225 mln. manatı ötüb | Banco.az

"Bank VTB Azərbaycan"ın kredit portfeli 225 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank VTB Azərbaycan" cari ilin yanvar-sentyabr aylarında 6 milyon 140 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2024-cü ilin 30 sentyabr tarixinə bankın aktivlərinin həcmi 299 milyon 153 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 49 milyon 253 min manat və ya 19,7% çoxdur. 

Bu ilin 9 ayında bankın kredit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 37 milyon 949 min manat və ya 20,3% artaraq 225 milyon manatı ötüb. Bunun da 96 milyon 39 min manatını istehlak kreditləri, 73 milyon 520 min manatını biznes kreditləri, 55 milyon 511 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. Hesabat dövründə bankın depozit portfelinin həcmi isə 110 milyon 234 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram