Bank öhdəliklərinin 54 faizi ÜÇ bankın payına düşür | Banco.az

Bank öhdəliklərinin 54 faizi ÜÇ bankın payına düşür

2017-ci ilin sentyabrında banklarımızın cəmi öhdəliklərinin həcmi 23 milyard manat olmuşdur. 2016-cı  ilin sentyabrında isə bu göstərci 29 milyard manat olub. Bu o deməkdir ki, banklarımızın cəmi öhdəlikləri keçən ilin sentyabr ayına nisbətdə 21% azalıb.

Öhdəliklərin həcminə görə bazarda ən çox paya Beynəlxalq Bank, Paşa Bank, Kapital Bank, Xalq Bank, ASB bank sahibdir.

Cədvəldə banklarımızın öhdəliklərinin həcminə görə bazardakı payını görə bilərik.

BANKLAR

Öhdəliklər %

Öhdəliklər, min manat

Beynəlxalq Bank

29%

6 739 125

Paşa Bank

13%

3 084 240

Kapital Bank

12%

2 737 465

Xalq Bank

7%

1 551 831

ASB Bank

4%

851 806

Bütün banklar

100%

23 145 000

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov, Banco.az