"Bank of Baku"nun kredit portfelinin həcmi 670 milyon manata çatıb | Banco.az

"Bank of Baku"nun kredit portfelinin həcmi 670 milyon manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank of Baku" 2024-cü ilin birinci rübündə 3 milyon 504 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin mart ayının sonuna bankın aktivlərinin həcmi 922 milyon 559 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 51 milyon 670 min manat və ya 5,9% çoxdur. Belə ki, yanvarın 1-i tarixinə bankın aktivlərinin həcmi 870 milyon 889 min manat idi. 

Hesabat dövründə bankın kredit portfelinin həcmi 669 milyon 359 min manat, depozit portfelinin həcmi isə 569 milyon 557 min manat olub. Bankın kredit portfelinin 487 milyon 565 min manatını istehlak, 142 milyon 881 min manatını biznes, 38 milyon 896 min manatını isə ipoteka kreditləri təşkil edib. Depozit portfelinin isə 521 milyon 88 min manatı fiziki şəxslərin depozitləri, 48 milyon 469 min manatını isə hüquqi şəxslərin depozitləri olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram