Bank kartları üzərindəki CVV/CVC şifrə kredit və ya debet kartlar ilə həyata keçirilən onlayn əməliyyatlar zamanı təhlükəsizliyi təmin edən gizli şifrədir. Bir sözlə, siz üç rəqəmdən ibarət kart təsdiqləmə şifrəsi olmadan heç bir onlayn ödəniş həyata keçirə bilməyəcksiniz.
Kart təsdiqləmə şifrəsi – CVV və ya CVC internet vasitəsi ilə ödənişlərin həyata keçirilməsi zamanı mühafizə elementi qismində istifadə olunur, belə ki, CNP-transaksiyalarının aparılması vaxtı əməliyyatın həyata keçirilməsində nə istifadəçi özü, nə də onun kartı iştirak etmir. Bu şifrələr səlahiyyəti olmayan hər hansı bir şəxsin sizin hesab nömrənizi ələ keçirməsi halında kartın sahiblərinə əlavə təhlükəsizlik imkanı yaradır. CVV/CVC kartın üzərində çap edilmir, yalnız kartın arxasında maqnit lent üzərində yerləşir. Pin-koddan fərqli olaraq bu şifrəni dəyişmək mümkün deyil.
Şifrə müxtəlif ödəniş şirkətləri tərəfindən fərqli formalarda adlandırılır:
- VİSA – CVV (Card Validation Value)
- MasterCard – CVC (Card Validation Code)
- American Express, JCB Card, Discover – CID (Card Identification Number)
Şifrələrin yeri və rəqəmlərin sayı kartın növündən asılı olaraq dəyişir. VİSA, MasterCard, Discover-də kartın arxasındakı imza panelində görünən ədədin son 3 rəqəmdir. American Express-də isə kartın qabağında, sağ tərəfdə olan 4 rəqəmdir.
Qeyd etmək istəyirəm ki, bank kartları üzrəindəki məlumatların qorunmasına kart sahibi özü birbaşa məsuliyyət daşıyır. Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq online ödənişlər üzrə dövriyyələrin artması kibercinayətkarların kart məlumatlarının əldə edilməsi və vəsaitlərin çıxarılması üçün müxtəlif üsullara əl atırlar. Bu baxımdan CVV/CVC şifrə təhlükəsizlik baxımından çox əhəmiyyətlidir və vəsaitinizin sizdən xəbərsiz online çıxarlmasının qarşısını alır. Əgər siz bank kartınızdan online ödənişlərdə istifadə etmirsinizsə o zaman kartın üzrərindəki CVV/CVC şifrəni pozun. Bu üsul həmçinin kartın fiziki itirilməsi zamanı da vəsaitlərinizin çıxarılmasının qarşısını alacaqdır.
5M
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!