Banco.az - banklarının fəaliyyəti və insanların hansı banklara maraq göstərdiyini və seçim zamanı hansı kriteriyalara üstünlük verdiklərini öyrənmək üçün növbəti sorğusunu yekunlaşdırıb. Sorğu 30 mart tarixində başlayıb, 15 aprel tarixində yekunlaşmışdır.
Qeyd edək ki, sorğuda bütün banklar iştirak etmiş və hər bir sual üzrə yalnız bir bank seçmək imkanı verilmişdir. Eyni zamanda sorğunun şəffaflığını təmin etmək üçün hər bir ip üzrə bir səs verilməsi və bankların siyahısının ixtiyari qaydada verilməsi təmin olunmuşdur.
İki həftə davam edən sorğuda ümumilikdə 932 nəfər iştirak etmişdir.
Saytımızda onlayn formada keçirilən sorğuda respondentlərə aşağıdakı 5 sual ünvanlanmışdır və hər sual üzrə ilk 3 nəticə aşağıdakı kimidir.
1) Ailə üzvləriniz, dostlarınız və tanışlarınız ən çox hansı bankın kartını istifadə edirlər? Nəticə ilk 3lük - Kapital Bank - 338, Unibank - 203, ABB - 154
2) Sizin fikrinizcə, hansı bank ölkə əhalisinin daha böyük hissəsini öz xidmətləri ilə əhatə edir? Nəticə ilk 3lük Kapital Bank - 382, ABB - 181 , Unibank - 174
3) Hansı bankın rəqəmsal xidmətləri və mobil proqramı daha çox istifadə olunur ?Nəticə ilk 3lük Kapital Bank -378 , Unibank - 202 , ABB - 145
4) Müşahidələrinizə əsasən, davamlı olaraq bank və maliyyə sektoruna yeniliklər gətirən, inkişaf edən bank hansıdır? Nəticə ilk 3lük Kapital Bank - 297, Unibank - 218 , ABB - 162
5) Hansı bank sosial şəbəkələrdə daha fəaldır?Nəticə ilk 3lük Kapital Bank - 286 , Unibank -213 , ABB - 160
Nəticələrə əsasən qeyd etmək olar ki, sorğuda iştirak edən iştirakçıların səslərinin sayı etibarı ilə və digər banklardan böyük fərq çoxluğu ilə Kapital Bankı seçilmişdir.
İkinci sırada Unibank və 3-cü sırada isə ABB-dır.
Bütün nəticələrdə bu fayldan tanış olmaq mümkündür - Nəticələr