Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2015-ci il üçün xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu davam etdirir.
AZPROMO-dan bildiriblər ki, layihələr qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. İnvestisiya təklifləri xarici investorlara və tərəfdaşlara təqdim ediləcək. Layihə üçün formanı AZPROMO-dan əldə etmək olar.
azertag.az