Azərbaycanlılar ötən ay Türkiyədə 88 mənzil alıblar | Banco.az

Azərbaycanlılar ötən ay Türkiyədə 88 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları bu ilin iyul ayında Türkiyədə 88 mənzil alıblar. Bu dövrdə azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə iyulda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,1% azalaraq 2 min 350 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 485 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (171 mənzil), üçüncü isə Almaniya (162 mənzil) vətəndaşları alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et