Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda ikinci pillədədir. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, oktyabrın 25-dək davam edəcək müsabiqədə Azərbaycana səs vermək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan "Vote" yazısına klik etmək lazımdır.
"Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı" adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində "İnsanların seçimi" mükafatına layiq görüləcək.
Qeyd edək ki, 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra, Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.