Azərbaycanın Ən Yaxşı Foreks Provayderi* rebrendinq etdi | Banco.az

Azərbaycanın Ən Yaxşı Foreks Provayderi* rebrendinq etdi

"Unicapital İnvestisiya Şirkəti" ASC təqdim etdiyi "Uniforex" xidməti üzrə rebrendinq keçirtdi. Belə ki, xidmət artıq "UForex" adı altında, yenilənmiş loqo və saytla fəaliyyətini davam edəcək.

"UForex" 2013-cü ildən etibarən müştərilərinə fərq müqavilələri üzrə marja ticarəti imkanını təqdim edir. Xidmət 2020-ci ildə Böyük Britaniyanın "İnternational Finance" dərgisi tərəfindən "Azərbaycanda Ən Yaxşı Broker Xidməti", 2021-ci ildə isə "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi" mükafatına layiq görülüb. "UForex" mükəmməl reputasiya və yüksək müştəri məmnuniyyəti ilə treyderlərin etibarlı tərəfdaşıdır. Yenilənmiş konsept isə innovativ strategiyasını əks etdirir. Belə ki, xidmət uzun illər ərzində formalaşan təcrübəsi ilə treyderlərə təqdim etdiyi xidməti təkmilləşdirməyə davam edir. Ötən il ərzində tətbiq edilmiş yeniliklər sırasında 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out" funksiyası var.

Son qeyd olunan funksiya vasitəsilə "Stop out" səviyyəsində bağlanan hər bir əməliyyatdan sonra "Margin level" yenidən hesablanır.

Beləliklə, "UForex" rebrendinq prosesini tamamlayıb, Sizi bütün yeniliklərin əks olunduğu "www.uforex.az" saytına dəvət edir. Burada hər kəs marja ticarəti ilə bağlı ətraflı məlumat toplaya, hesab növləri, tədris proqramları və faydalı məqalələrlə tanış ola bilər.

Təqdim olunan digər önəmli yenilik isə treyderlərin şəxsi kabineti olan "Treyder Otağı"nın yaxın zamanlarda aktivləşdirilməsidir. İlk istifadəçilər sırasında olub, bu önəmli yenilikdən yararlanmaq istərsinizsə, "
www.uforex.az" veb saytına daxil olaraq, şəxsi kabinetin erkən qeydiyyat üzrə müracəti UForex-a yönləndirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram