2024-cü ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 671,1 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz və ya 190,8 milyon manatdan çox artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 3,1 milyard manatdan çox təşkil edib.
Hesabat dövründə, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 12,3 faiz artıb və 167 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artaraq 126,4 milyon manatdan çox təşkil edib.
Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb və 829,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artaraq 591,2 milyon manat təşkil edib.