Azərbaycanda şəxsi biznes qurmağın çox asan olduğunu bilirdinizmi? | Banco.az

Azərbaycanda şəxsi biznes qurmağın çox asan olduğunu bilirdinizmi?

Ölkəmizin adı şəxsi biznes qurmağın çox asan olduğu ölkələrin siyahısına daxil edilib. Əlverişli biznes şərtləri ilə Azərbaycan ilk 15-liyə daxil olmağı bacarıb.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) tərtib etdiyi reytinqə əsasən, Azərbaycan şəxsi biznes qurmaq üçün əlverişli şəraitə, asan şərtlərə və geniş imkanlara malik olduğuna görə bu ölkələr sırasında 13-cü pillədə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Reytinqin ilk pilləsində isə Yeni Zenlandiya yer alıb. Sonrakı yerləri ardıcıl olaraq, Kanada, Makedoniya, Gürcüstan, Ruanda, Qırğızıstan, Sinqapur, Avstraliya, Honkonq, Portuqaliya və Madaqaskar paylaşıb.

Reytinqin nəticələri biznes qurmaq üçün ən mürəkkəb şərtlərin Myanmada olduğunu nümayiş etdirib. Belə ki, sözügedən ölkə tədqiq edilən 143 ölkə arasında sonuncu yeri tutub.

Sevinc İbadova/Banco.az