Azərbaycanda işsiz əhalinin sayı azalıb | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyulun 1-i vəziyyətinə görə, 284,1 min nəfərə bərabər olub. İyun ayının əvvəlində bu göstərici 286,6 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 280,6 min nəfər olub, onlardan 4 996,5 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 749,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 893,1 min nəfər, qeyri-dövlət sektorunda isə 856,3 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 717,5 min nəfər çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et