Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI | Banco.az

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 923 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3,526 manat, qeyri neft-qaz sektorunda 873,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 885 manat, özəl müəssisələrdə isə 964 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3,389 manat), maliyyə-sığorta (2,382 manat), peşə-elmi və texniki sahədədir (1,545 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (544 manat), ticarət; nəqliyyat vasitələrinin təmiri (622 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 2,741 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir - 4,060 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram