Bu il noyabr ayında Azərbaycanda ən çox müraciət olunan axtarış sistemi “Google” olub.
Bu barədə “Global Stats” analitik şirkəti məlumat yayıb.
Azərbaycanda sözügedən axtarış sisteminin bazar payı 95,55%-dir. Cari ilin oktyabr ayında isə bu rəqəm 95,38% olub.
Bazar pay bölgüsündə 2,57%-lə “YANDEX RU”, 0,57% “Yahoo!”, 0,49% “YANDEX”, 0,45% “Mail.ru”, 0,31%-lə isə “bing” axtarış sistemi olub.
Ted.az