Azərbaycanda bankların məcmu kapitalı 37% artıb | Banco.az

Azərbaycanda bankların məcmu kapitalı 37% artıb

Azərbaycanda 1 noyabr tarixinə bank sektorunun məcmu kapitalı 3 233.1 mln. manata çatıb.

Mərkəzi Bank verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37%-dək çoxdur.

Məcmu kapitalına görə bankların qruplaşdırılmasına əsasən banklardan 2-nin məcmu kapitalı 3,5 mln. - 5 mln. manat arasında, 41-ninki isə 10 mln. manatdan çoxdur.

Bankların məcmu kapitalı yanvarın 1-nə 2 573.0 mln. manat, fevralın 1-nə 2 599.8 mln. manat, martın 1-nə 2 646.9 mln. manat, aprelin 1-nə 2 679.9 mln. manat, mayın 1-nə 2 724.1 mln. manat, iyunun 1-nə 2 770.8 mln. manat, iyulun 1-nə 2 883.5 mln. manat, avqustun 1-nə 3 009.4 mln. manat, sentyabrın 1-nə 3 076.6 mln. manat, oktyabrın 1-nə 3 160.2 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

gun.az