Bu il oktyabrın 1-nə qədər Azərbaycanda fəaliyyət göstərmiş 31 bankdan 30-nun yanvar-sentyabr ayları üzrə faiz gəlirləri faiz xərclərini üstələyib.
Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.
Yalnız 1 bankda - "Bank VTB Azərbaycan"da faiz xərcləri faiz gəlirlərindən 11,94 milyon manat çox olub. Başqa sözlə, Rusiya bankının Azərbaycanda törəməsi bu il faiz mənfəəti əldə etməyib. Qalan 30 bank isə faiz əməliyyatlarında müsbət saldoya nail ola bilib.
9 aylıq faiz mənfəətinin ən yüksək həddi - "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı"nda qeydə alınıb. Bu banklarda müsbət saldo 131-132 milyon manat arasında olub.
4 bank 50-100 milyon manat arasında, 9 bank 10-50 milyon manat arasında, 13 bank 1-10 milyon manat arasında, 2 bank isə 1 milyon manatdan az faiz mənfəəti əldə edib.
№ |
Bankın adı |
Bankın 9 aylıq faiz mənfəəti (milyon manatla) |
1 |
Kapital Bank |
131,830 |
2 |
Azərbaycan Beynəlxalq Bankı |
131,423 |
3 |
PAŞA Bank |
86,119 |
4 |
Unibank |
63,613 |
5 |
Dəmir Bank |
56,196 |
6 |
Xalq Bank |
55,063 |
7 |
Nikoyl Bank |
35,021 |
8 |
Access Bank |
28,956 |
9 |
Bank of Baku |
24,633 |
10 |
Atabank |
21,648 |
11 |
Muğan Bank |
21,457 |
12 |
AFB Bank |
15,733 |
13 |
Yapı Kredi Bank Azərbaycan |
19,118 |
14 |
Express Bank |
14,845 |
15 |
Bank Silk Vey |
12,321 |
16 |
Azər-Türk Bank |
8,479 |
17 |
Rabitə Bank |
8,074 |
18 |
Azərbaycan Sənaye Bankı |
7,996 |
19 |
Bank Avrasiya |
7,312 |
20 |
Turan Bank |
6,833 |
21 |
Zıraat Bank Azərbaycan |
5,931 |
22 |
NBC Bank |
5,779 |
23 |
Bank Respublika |
5,378 |
24 |
Naxçıvan Bank |
3,702 |
25 |
Bank BTB |
3,149 |
26 |
Günay Bank |
2,314 |
27 |
İran Milli Bankı - Bakı |
2,227 |
28 |
Amrah Bank |
2,006 |
29 |
AGBank |
0,817 |
30 |
Pakistan Milli Bankı - Bakı |
0,615 |
31 |
Bank VTB Azərbaycan |
-11,940 |