Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 1 milyard 508 milyon 520 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,5% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya qoyan 10 ölkə bunlar olub:
Ölkələr |
Məbləğ (dollar) |
Birləşmiş Krallıq |
443 milyon 218 min |
Türkiyə |
261 milyon 408 min |
Kipr |
192 milyon 10 min |
Birləşmiş Ərəb Əmirlikləri |
190 milyon 686 min |
İran |
94 milyon 839 min |
Yaponiya |
60 milyon 891 min |
Rusiya |
55 milyon 546 min |
Macarıstan |
45 milyon 335 min |
Norveç |
35 milyon 202 min |
Amerika Birləşmiş Ştatları |
32 milyon 225 min |
Avstriya |
27 milyon 162 min |
Bizi sosial şəbəkələrdən izləyin!!