Azərbaycan xaricdəki investorlar üçün gəlir vergisi tətbiq edəcək | Banco.az

Azərbaycan xaricdəki investorlar üçün gəlir vergisi tətbiq edəcək

Vergilər Nazirliyindən verilən məlumata görə, xaricdəki azərbaycanlı iş adamları üçün yeni verginin tətbiq olunmasını nəzərdə tutan təklif Nazirlər Kabinetinə təqdim olunan Vergi Məcəlləsinə düzəlişlər paketinə artıq daxil edilib.

"Yeni vergi - ümumi gəlirin 10%-ni təşkil edən gəlir vergisidir. Sözügedən vergi könüllü şəkildə ödəniləcək və xarici ölkələrdə bizneslə məşğul olan iş adamlarının sosial təminatına zəmanət verəcək", Nazirlikdən verilən məlumatda qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbədən verilən məlumatda həmçinin vurğulanır ki, vergi yalnızca iri azərbaycanlı investorlara tətbiq olunacaq.

Əgər bu təklif qəbul edilərsə, o zaman ölkə hüdudlarından kənarda bizneslə məşğul olan azərbaycanlı iş adamları üçün nəzərdə tutulmuş gəlir vergisi 2015-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et