Azərbaycan və Yaponiya qarşılıqlı investisiya qoyuluşunu azaldıblar | Banco.az

Azərbaycan və Yaponiya qarşılıqlı investisiya qoyuluşunu azaldıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I rübündə Azərbaycan Yaponiya iqtisadiyyatına 748 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 50 min ABŞ dollar və ya 2,4 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,2% təşkil edib.

Eyni dövrdə Yaponiya Azərbaycan iqtisadiyyatına 60 milyon 891 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 3 milyon 31 min ABŞ dollar və ya 4,7% azdır.

Yaponiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 4%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram