Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin ilk faiz qərarını açıqlayacaq | Banco.az

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin ilk faiz qərarını açıqlayacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2024-cü ilin ilk faiz qərarını açıqlayacaq. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərar 31 yanvar tarixində açıqlanacaq. 

Qeyd edək ki, ötən ilin dekabrın 20-də keçirilən 2023-cü ilin son iclasında AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%, faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 9% səviyyəsinə endirilib. Bundan əvvəl noyabrda keçirilən iclasda verilən qərar uçot dərəcəsinin 8.5%, faiz dəhlizinin aşağı həddinin 7%, faiz dəhlizinin yuxarı həddinin isə 9.5% səviyyəsində olması yönündə idi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram