Müəllif: Gülnar Əhmədli Banco.az
2024-cü ilin yanvar-sentyabr aylarında Azər Türk Bank-ın xalis mənfəəti 18 milyon 371 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin göstəricisi ilə müqayisədə 7,9 milyon manat və ya 75% çoxdur.
Bu ilin oktyabrın 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 548 milyon 469 min manat təşkil edib. Bu da illik müqayisədə 79,3% çoxdur.
Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Bankın aktivlərinin həcmi 863 milyon 329 min manata bərabər olub.
Hesabat dövründə bankın kredit portfeli isə 779 milyon 326 min manat olub. Azər Türk Bank-ın kredit portfeli ötən ilin eyni dövrünə nəzərən 344 milyon 407 min manat və ya 79,2% artım göstərib.
Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 928 milyon 393 min manat təşkil edib. Depozit portfeli 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,2 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!