Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar 18 mln. manatı ötüb | Banco.az

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar 18 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-aprel ayarında 18 milyon 62 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 565 min manat və ya 33,8% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 484 min manat və ya 7,9% artaraq 6 milyon 572 min manata çatıb. Ötən ilin ilk 4 ayında bu növ üzrə yığımların məbləği 13 milyon 497 min manat, ödənişlərin məbləği isə 6 milyon 89 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et