Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 107 mln. 622 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53,9% və ya 37 mln. 702 min manat çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 8,8% və ya 5 mln. 265 min manat artaraq 64 mln. 770 min manata çatıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayında bu növ sığorta üzrə yığımların məbləği 69 mln. 920 min manat, ödənişlərin məbləği isə 59 milyon 505 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!