Daşınmaz əmlak qiymətlərinin "əl yandırdığı" Honq Konqda bir park yeri təxminən 1 milyon dollara satılıb.
7.6 milyon Honq Konq Dollarına (970 min ABŞ Dolları) satılan sahə, şəhərin və yəqin ki, bütün dünyanın ən bahalı park yeridir.
Satışı edən adam keçən il bir ofis binasında ("The Center") sahə alıb sataraq doqquz ayda təxminən 900 milyon Honq Konq Dolları qazanan məşhur iş adamı Cheung Shun-yee-dir.
Satılan park yeri də eyni binada yerləşir. "The Center" binası Honq Konqda ən hündür göydələnlərindən biridir və eyni zamanda dünyadakı ən bahalı ofis qülləsidir. Buradakı bir park yerinin puluna Nyu-Yorkda Manhettanda bir otaqlı mənzil almaq olar.
"The Center"də ofis sahibi olanların bir çoxu maliyyə sektorunda və ya digər sürətli böyüyən işlərdə çalışırlar. Varlı iş adamları üçün, sahib olduqları ofislərin dəyərilə müqayisədə, 1 milyon dollara park yeri almaq "xırda" xərcdir.
"Dodaq uçuqladan" qiymətlər Honq Konqda ultra zənginlər və xalq arasındakı fərqi göstərir. Varlı ilə kasıb arasındakı gəlir bərabərsizliyinin də təkan verdiyi etirazlar aylardır davam edir və asan başa çatacaq kimi görünmür.
Lüks yaşayanlar ilə bərabər Honq Konqda beş nəfərdən biri kasıblıq həddindən aşağı yaşayır.
Marja