Avstriyanın bu bankı Rusiyadan dollar köçürmələrini dayandıracaq | Banco.az

Avstriyanın bu bankı Rusiyadan dollar köçürmələrini dayandıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Raiffeisenbank” Rusiyadan dollar köçürmələrini dayandıracaq.

Banco.az xəbər verir ki, Avstriyada yerləşən “Raiffeisenbank” Rusiyadan dollarla pul köçürmələrini dayandıracağını açıqlayıb.

Bu barədə “Raiffeisenbank”ın Rusiyadakı baş ofisi tərəfindən yazılı açıqlama verilib.

Bildirilib ki, onlar pul köçürmələrini dollarla həyata keçirən müxbir bankların tələblərini dəyişiblər.

Açıqlamada “Raiffeisenbank”ın sözügedən dəyişikliklərə müdaxilə edə bilməyəcəyi vurğulanıb və qeyd edilib ki, bu səbəbdən iyunun 10-dan etibarən Rusiyadan dollarla pul köçürmə əməliyyatları dayandırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada Rusiyaya və digər valyutalara köçürmələrdə heç bir məhdudiyyətin olmayacağına dair məlumatlar da yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et