Avrozonada inflyasiya proqnozlara uyğun reallaşıb | Banco.az

Avrozonada inflyasiya proqnozlara uyğun reallaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI) iyul ayında illik 2,6 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) iyul ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Buna görə, Avrozonada iyunda 2,5 faiz olan illik inflyasiya iyulda 2,6 faizə yüksəlib. İyul ayında CPI aylıq əsasda isə sıfıra düşüb.

Bazar proqnozları iyul ayında Avrozonada illik inflyasiyanın 2,6 faiz, aylıq inflyasiyanın isə sıfır faiz olacağı istiqamətində idi. Beləliklə, açıqlanan məlumatlar bazar proqnozları ilə eyni səviyyədə olub.

Avrozonada baza inflyasiyası iyulda illik 2,9 faiz, aylıq isə mənfi 0,2 faiz səviyyəsində ölçülüb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar göstərir ki, Aİ-də iyunda 2,6 faiz olan illik inflyasiya iyulda 2,8 faizə yüksəlib. Aylıq müqayisədə isə 0,1 faiz təşkil edib.

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görünür ki, illik ən yüksək inflyasiya 1,82 faiz ilə xidmətlər sektorunda olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et