Avropa Komissiyası Rusiya qazına alternativi açıqlayıb | Banco.az

Avropa Komissiyası Rusiya qazına alternativi açıqlayıb

Müəllif  - Fərid İslamov, Banco.az

Avropa Komissiyası Rusiya qazına alternativi açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Rusiyadan böyük həcmdə qazı LNG ilə əvəz etdiyini açıqlayıb. Avropa Komissiyası (AK) payız iqtisadi proqnozunda bildirib ki, mayeləşdirilmiş təbii qaz (LNG) 2022-ci ildə Avropaya tədarükü kəskin şəkildə azalan Rusiya qazının əvəzedicisinə çevrilib. Üstəlik, ABŞ onun əsas təchizatçısı kimi göstərilir.

Rusiya qazının boru kəmərləri idxalı əhəmiyyətli dərəcədə azalıb: 2022-ci ilin oktyabrında xaricdən tədarük edilən ümumi qazın təxminən 7 faizi əvvəlki illərdəki 40 faizlə müqayisədə indi onların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

“Digər boru kəmərləri ilə nəqllər ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalıb və ümumilikdə qazın qiyməti yüksək həddə çatıb ki, bu da Aİ-ni LNG ixracatçıları üçün cəlbedici bazara çevirib”, - sənəddə deyilir.

Eyni proqnozda AK qeyd edib ki, enerji böhranı fonunda Avropa nəzərəçarpacaq inflyasiya ilə üzləşib. 2022-ci ildə Avropa İttifaqında bu göstərici 9,3 faiz, avrozonada 8,5 faiz təşkil edəcək və gələn il qiymət artımı müvafiq olaraq 7 və 6,1 faizə qədər tədricən azalacaq.