Avqustda beynəlxalq maliyyə qurumlarının nümayəndələri Bakıya toplaşacaq | Banco.az

Avqustda beynəlxalq maliyyə qurumlarının nümayəndələri Bakıya toplaşacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən məlumatda qeyd olunur ki, avqust ayında Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil olunacaq.

Məlumatda həmçinin qeyd olunur ki, 6-7 avqust tarixlərində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin “Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi” mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqqı sisteminə keçid ərəfəsində olan ölkələrə texniki dəstəyin göstərilməsi, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların zəif və güclü tərəflərinin, risklərinin müəyyən edilməsi metodları, habelə bankların reytinq sisteminə əsasən risk qruplarına bölünməsi metodologiyası barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et